ÜST yeni qlobal epidemiya riski barədə xəbərdarlıq edib
Sentyabr ayında Ruandada yayılan Marburq qızdırması Konqo Demokratik Respublikası, Tanzaniya və Uqanda da daxil olmaqla digər qonşu ölkələrə keçə bilər.
“Report”un məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edib.
ÜST bu üç ölkənin hakimiyyət orqanlarından Ruanda ilə sərhəddə epidemioloji nəzarət üçün əlavə tədbirlər görməyi tələb edib.
Qeyd edək ki, sentyabrın 27-də Ruanda Səhiyyə Nazirliyi ölkədə Ebola qızdırmasını törədən virusla eyni sinfə aid olan Marburq qızdırmasının epidemiyasının başladığını təsdiqləyib. ÜST-ün məlumatına görə, bu günə qədər Ruandada 26 Marburq qızdırması aşkarlanıb, 9 nəfər ölüb.
Xəstələrin 70%-i paytaxt Kiqalidəki iki xəstəxananın tibb işçiləridir. Səlahiyyətlilər yoluxmuş şəxslə təmasda ola biləcək 300-ə yaxın adamı müəyyən edib. Onların hamısı nəzarət altındadır.
Oxşar xəbərlər
Türkiyə Səhiyyə Nazirliyi meymunçiçəyi xəstəliyi ilə bağlı xəbərdarlıq edib
Ruanda nüvə reaktorlarının tikintisi ilə bağlı ABŞ ilə müqavilə bağlayıb
Afrikada meymunçiçəyi epidemiyası sürətlə yayılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
