Türkiyə və Özbəkistan yaxın gələcəkdə ticarət dövriyyəsini 5 milyard dollara çatdırmağı planlaşdırır
Türkiyə və Özbəkistan yaxın gələcəkdə ticarət dövriyyəsini 5 milyard ABŞ dollarına çatdırmağı planlaşdırır.
“Sizinxeber.az” xəbər veri ki, bu barədə Türkiyənin ticarət naziri Ömer Bolat Ankarada özbək həmkarı Ləziz Kudratovla danışıqlardan sonra bildirib.
"Türkiyə və Özbəkistan arasında ikitərəfli ticarətin həcmini iki ölkə prezidentlərinin müəyyən etdiyi konsepsiya çərçivəsində 5 milyard dollara çatdırmaqda qətiyyətli olduğumuzu vurğuladıq. Bu hədəf çərçivəsində ikitərəfli Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi və əməkdaşlıq sahələrinin şaxələndirilməsi üzrə işləri davam etdirməyi planlaşdırırıq", - Ö.Bolat "X" sosial şəbəkəsində yazıb.
O, həmçinin vurğulayıb ki, Türkiyə Özbəkistanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) tamhüquqlu üzvlüyünü dəstəkləməyə və Birgə İqtisadi Komissiyanın fəaliyyət planı çərçivəsində əməkdaşlıq sahələrini genişləndirməyə davam edəcək.
Xatırladaq ki, bu gün Ankarada Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşü keçiriləcək.
Oxşar xəbərlər
Türkiyə səfiri: Azərbaycanla ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqda qərarlıyıq
Türkiyə şirkətləri işğaldan azad edilmiş ərazilərdə 2 milyard dollarlıq iş görüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
