Fuad Nağıyev: "Dairəvi "yaşıl turizm" bu sənayenin inkişafını müəyyən edən aktual yanaşmalardan biridir"
sizinxeber.az xəbər saytı

Fuad Nağıyev: "Dairəvi "yaşıl turizm" bu sənayenin inkişafını müəyyən edən aktual yanaşmalardan biridir"


Dairəvi "yaşıl turizm" turizm sənayesinin gələcək inkişaf istiqamətini müəyyən edən ən aktual yanaşmalardan biridir.

"Sizinxeber.az" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakıda keçirilən "Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) ölkələrində yaşıl turizm" adlı beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, müasir dövrdə turizm təkcə iqtisadi sektor deyil, həm də sosial rifahın, mədəni mübadilənin və ekoloji məsuliyyətin ayrılmaz hissəsinə çevrilib:

"Hazırda turizmdə uğur artıq yaradılan dəyərin necə paylanılması, təbiətə və yerli icmalara necə təsir etməsi ilə ölçülür. Azərbaycanda təbiət əsaslı turizm marşrutlarının, ekoturizm və aqroturizm istiqamətlərinin inkişafı dayanıqlı turizm siyasətinin əsas prioritetləri sırasındadır".

Oxşar xəbərlər

Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
Fuad Nağıyev: "Qastroturizmin inkişafı prioritet istiqamətlərdən biridir"
Fuad Nağıyev: "Şuşada qastronomiya tədbirləri artıq ənənə halını alıb"
Azərbaycan və Səudiyyə Ərəbistanı arasında turizm əlaqələri müzakirə olunub
Fuad Nağıyev: "Azərbaycan Avropanı regionla birləşdirən əlçatan mərkəzə çevrilib"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər