Kanadada sinaqoqun qarşısında silahlı insident olub, ölənlər var
sizinxeber.az xəbər saytı

Kanadada sinaqoqun qarşısında silahlı insident olub, ölənlər var


Kanadada naməlum silahlı şəxs Kvebek əyalətinin Monreal şəhərində Dekembris bulvarında yerləşən Kot-des-Neyges məhəlləsindəki sinaqoqun qarşısında tüfənglə atəş açıb.

"Sizinxeber.az"un "Jerusalem Post" qəzetinə istinadən məlumatına görə, hadisə nəticəsində üç nəfər həlak olub.

Məlumata görə, ölənlər polis əməkdaşı, mülki şəxs və atəş atmaqda şübhəli şəxsdir. Silahlı insident zamanı azı bir polis yaralanıb, onun vəziyyəti ağırdır.

Yerli polis daha sonra qurbanlardan birinin ravvin Maykl Moşe Mizrahi olduğunu açıqlayıb.

Kot-de-Nej rayonunda çoxsaylı koşer restoranları, yəhudi məktəbləri və icma mərkəzlərinin yerləşdiyi sıx yəhudi icmasının oduğu qeyd edilir. Hadisə "Hilton" otelinin yaxınlığında olub.

Oxşar xəbərlər

Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
Sietlın ətrafında silahlı insident nəticəsində 5 nəfər ölüb
Berlinin mərkəzində atışma olub
Tennessidə orta məktəbdə silahlı insident olub, ölənlər var
Türkiyədə silahlı insident olub, ölən və yaralananlar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər