Türkiyə səfiri: Azərbaycanla ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqda qərarlıyıq
Azərbaycanla ticarət dövriyyəsini 8 milyarddan 15 milyard dollara çatdırmaqda qərarlıyıq.
"Report" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Türkiyə Cümhuriyyətinin 101-ci ildönümü münasibətilə keçirilən qəbulda deyib.
O qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında dünyada bənzəri olmayan bir qardaşlıq var:
"Qlobal sistemin Cənubi Qafqazda da təmin edə bilmədiyi ədaləti Azərbaycan öz gücü hesabına təmin edib. Hər kəs bilməlidir ki, bölgədə təsis ediləcək sülhdən sadəcə region yox, bütün dünya fayda götürəcək. Türkiyə bu yolda daima Azərbaycanın yanında olacaq və heç bir güc bu dostluğu parçalamaq imkanına sahib olmayacaq. Türkiyə Qarabağa qayıdışın təmin edilməsi yolunda tam dəstək göstərir və öhdəliyinə götürdüyü tikinti işləri ilə bu prosesə töhfə verir".
Səfir COP29-da da Azərbaycana dəstək göstərəcəklərini bildirib:
"COP29-un Azərbaycanı daha da gücləndirəcək bir konfrans olacağını düşünürük və çox yüksək səviyyədə iştirak edəcəyimizi bildirmək istəyirəm".
Oxşar xəbərlər
Cahit Bağcı: Türk dövlətləri ilə ticari-iqtisadi əlaqələri artırmaq əsas hədəfimizdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
