Qırğızıstanda ictimai yerlərdə üzü örtən geyimlər qadağan edilib
sizinxeber.az xəbər saytı

Qırğızıstanda ictimai yerlərdə üzü örtən geyimlər qadağan edilib


Qırğızıstan Prezidenti Sadır Japarov vətəndaşların ictimai yerlərdə üzünü örtən geyimdə görünməsini qadağan edən qanunu imzalayıb.

“Report” xəbər verir ki, müvafiq məlumat ölkə prezidentinin rəsmi saytında yerləşdirilib.

Bundan əlavə, yeni qanun qocalar evlərində, koloniyalarda və hərbi hissələrdə inancın tətbiqini, dini mərasimlərin keçirilməsini qadağan edir.

Dövlət həmçinin ictimai yerlərdə və təhsil müəssisələrində dini ədəbiyyatın yayılmasını məhdudlaşdırır. Dini zəmində siyasi partiyaların yaradılması da qadağandır. Bu qaydaların pozulması 20 min som (təxminən 374 manat) məbləğində cərimə ilə nəticələnəcək.

Oxşar xəbərlər

Britaniyada ictimai yerlərdə siqaret çəkməyi qadağan edən qanun sərtləşdiriləcək
İsveçrədə çadra və niqabdan istifadəyə qadağa qüvvəyə minib
Ukrayna Prezidenti Rus Pravoslav Kilsəsinin fəaliyyətini qadağan edən qanunu imzalayıb
Qırğızıstanda Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilib
Kolumbiya prezidenti korridanı qadağan edən qanun layihəsini imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər