Vuçiç: Pezeşkiana bildirdim ki, Serbiya cəsur siyasi qərarları alqışlayır
Serbiya silahlı münaqişələrin dayandırılmasını və gərginliyin azalmasına, dialoqa və davamlı sülhə, eləcə də müzakirələrin və əməkdaşlığın davam etdirilməsinə aparan siyasi qərarları alqışlayır.
"Sizinxeber.az" xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç iranlı həmkarı Məsud Pezeşkianla telefon danışığında deyib.
"Prezident Pezeşkianla yaxşı və açıq müzakirə olub, bu zaman mən bildirdim ki, Serbiya silahlı münaqişələrin dayandırılması və gərginliyin azalmasına, dialoqa və davamlı sülhə, eləcə də müzakirələrin və əməkdaşlığın davam etdirilməsinə aparan cəsur siyasi qərarları alqışlayır", - Vuçiç bildirib.
O, zərər çəkmiş ərazilərin bərpasının və iqtisadi inkişafın siyasi, sosial prioritetlərin əhəmiyyətini qeyd edib: "Serbiya davamlı həll yollarının dialoq, qarşılıqlı hörmət və kompromis vasitəsilə qurulduğuna inanaraq daha ədalətli, daha təhlükəsiz və daha dinc bir dünyaya doğru hər hansı məsuliyyətli səyi dəstəkləməyə davam edəcək".
Pezeşkian isə bildirib ki, regionda qeyri-sabitliyə səbəb İsrailin siyasətidir. "ABŞ və İsrail İrana hücumla öz məqsədinə çatmayıb", - o bildirib və Minabdakı qız məktəbinə hücum nəticəsində 168 günahsız uşağın ölümünü xatırladıb.
Oxşar xəbərlər
Vuçiç: İqtisadi əməkdaşlıq Serbiya və ABŞ münasibətlərinin əsası olmalıdır
Serbiya Prezidenti gələn ay Azərbaycana səfər edəcək
Vuçiç: Ukrayna Avropa İttifaqına üzv olmağa ən yaxın namizəd ölkədir
Serbiya və Rusiya prezidentləri sabah danışıqlar aparacaq
Vuçiç Zelenski ilə telefon danışığı aparıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Belçika millisi İranla heç-heçə edib
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
