Bosniya və Herseqovinada güclü qar səbəbindən onminlərlə ev işıqsız qalıb
Güclü qar və külək Bosniya və Herseqovinada onminlərlə evdə elektrik enerjisinin kəsilməsinə səbəb olub.
“Sizinxeber.az” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “Associated Press” (AP) Bosniya dövlət enerji şirkətinə istinadən məlumat yayıb.
"Güclü yağan qar səbəbindən elektrik xətləri zədələnib", - məlumatda bildirilib.
Bosniya və Herseqovinanın bəzi rayonlarında hökumət dəmir yolu əlaqəsini tamamilə dayandırıb. Qonşu Xorvatiya və Serbiyada da nəqliyyatın işində fasilələr qeydə alınıb.
Məlumatda qeyd olunub ki, Balkan yarımadasında avtomobillə səyahətlərdən imtina etmək barədə xəbərdarlıq qüvvədədir, çünki qar yığınları səbəbindən yarımada ölkələrinin hökumətləri bir neçə əsas yolu bağlamağa məcbur olub.
Oxşar xəbərlər
Bosniya və Herseqovinada daşqınlar nəticəsində 14 nəfər ölüb
Bosniya və Herseqovinada məktəbdə atışma olub, üç nəfər öldürülüb
Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada iki medal qazanıblar
Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada daha iki medal qazanıblar
Bosniya və Herseqovinada məktəbdə atışma olub, 3 nəfər ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













