Pakistanda terror hücumu nəticəsində azı 16 hərbçi ölüb
sizinxeber.az xəbər saytı

Pakistanda terror hücumu nəticəsində azı 16 hərbçi ölüb


Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində hərbi nəzarət-buraxılış məntəqəsinə hökumətə müxalif qruplara məxsus döyüşçülərin hücumu nəticəsində azı 16 Pakistan hərbçisi ölüb, beş nəfər ağır yaralanıb.

“Sizinxeber.az” bu barədə “The Times of India”ya istinadən xəbər verir.

Məlumata görə, hadisə şənbə gecəsi Pakistanın Əfqanıstanla sərhədindən 40 kilometr məsafədə yerləşən Makin rayonunda baş verib. Hücumda 30 yaraqlı iştirak edib və onlarla döyüş bir neçə saat davam edib.

Bildirilib ki, terrorçular nəzarət-buraxılış məntəqəsini ələ keçirməyə, oradakı rabitə avadanlığını məhv etməyə və silahları ələ keçirməyə nail olublar.

Oxşar xəbərlər

Pakistanda terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 4 nəfər ölüb
Pakistanda terrorçu-kamikadzenin hücumu nəticəsində 4 nəfər ölüb
Pakistanda silahlıların hücumları nəticəsində ölənlərin sayı 70-i ötüb
Pakistanın Bəlucistan əyalətində 20-dən çox terrorçu zərərsizləşdirilib
Türkiyə XİN Pakistanda törədilən terror aktını pisləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle