sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Pakistanın Bəlucistan əyalətində 20-dən çox terrorçu zərərsizləşdirilib
Pakistan ordusu və hüquq-mühafizə orqanları Bəlucistan əyalətində terror aktlarını dəf edərkən azı 21 silahlı öldürülüb.
"Sizinxeber.az" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin silahlı qüvvələri məlumat yayıb.
Bildirilib ki, toqquşmalarda 10 hərbçi və hüquq-mühafizə orqanlarının 4 əməkdaşı həlak olub.
Qeyd edək ki, Pakistanın Bəlucistan əyalətində yaraqlıların sərnişin avtobuslarına hücumu nəticəsində hərbi qulluqçular və hüquq-mühafizə orqanlarının əməkdaşları da daxil olmaqla, azı 51 nəfər ölüb.
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistanda azı 50 nəfərin ölümü ilə nəticələnən terror aktını kəskin şəkildə pisləyib.
Oxşar xəbərlər
Türkiyə XİN Pakistanda törədilən terror aktını pisləyib
Azərbaycan XİN Pakistanda baş verən terror aktını pisləyib
Pakistanda silahlı hücum nəticəsində ölənlərin sayı 51-ə çatıb - YENİLƏNİB-2
Pakistanda silahlı hücum nəticəsində ölənlərin sayı 39-a çatıb - YENİLƏNİB
Pakistanda yaraqlılar 23 nəfəri öldürüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













