sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Husilər ABŞ-nin esminesinə və üç gəmiyə zərbələr endiriblər
Yəmənin “Ənsar Allah” hərəkatının husi üsyançıları Ərəb dənizində ABŞ-nin esminesinə və üç təchizat gəmisinə zərbələr endiriblər.
“Sizinxeber.az” xəbər verir ki, bu açıqlama ilə qiyamçıların hərbi nümayəndəsi Yəhya Sariya çıxış edib.
Onun sözlərinə görə, hücum Ərəb dənizi və Ədən körfəzində 16 ballistik və qanadlı raket, eyni zamanda pilotsuz uçan aparat vasitəsilə həyata keçirilib.
Belə ki, “Stena Impeccable” tankeri, “Maersk Saratoga” konteyner gəmisi və “Liberty Grace” yük daşıyan gəmisi atəşə tutulub.
O əlavə edib ki, husilər Qəzza zolağına qarşı hərəkətlər dayandırılana qədər ABŞ və İsraillə əlaqəli gəmilərə hücumlarını davam etdirəcəklər.
Oxşar xəbərlər
Husilər ABŞ-yə məxsus gəmilərə 23 ballistik raketlə zərbə endirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Azercell və "Samsung"dan yeni kampaniya!
