BMT: 2024-cü ildə rekord sayda humanitar işçi ölümü qeydə alınıb
Birləşmiş Millətlər Təşkilatı (BMT) 2024-cü ildə humanitar sahədə çalışan işçilərin ölüm sayının bütün əvvəlki rəqəmləri üstələdiyini və bu ili bütün dünyada yardım məqsədilə çalışanlar üçün ən ölümcül il etdiyini açıqlayıb.
Bu barədə “Sizinxeber.az” BMT-dəki mənbələrə istinadən xəbər verir.
BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) məlumatına görə, 281 nəfərin ölümünün əsas səbəbi Yaxın Şərqdə eskalasiyanın artması ilə bağlıdır. Bu rəqəm 2023-cü il ərzində qeydə alınmış 280 ölümlə bağlı əvvəlki rekordu artıq üstələyib.
“2024-cü il dünyanın ən çətin mühitlərində çalışan humanitar personal üçün ən faciəli il olub”, - OCHA-nın rəsmi nümayəndəsi Yens Lerke Cenevrədə keçirdiyi brifinqdə söyləyib.
Bundan əlavə, Əfqanıstan, Konqo Demokratik Respublikası, Cənubi Sudan, Sudan, Ukrayna, Yəmən və digər qaynar nöqtələrdə yüksək səviyyədə zorakılıq və təhdidlər qeydə alınıb.
OCHA-nın məlumatına görə, ölənlərdən 268 nəfəri yerli, 13-ü isə beynəlxalq işçi olub. Yens Lerke bildirib ki, bu rəqəmlər humanitar cəmiyyəti şoka salıb: “Humanitar işçilər bəşəriyyətin təklif etdiyi ən yaxşı şeyi edirlər, yardım göstərirlər. Amma rekord sayda öldürülürlər”.
2023-cü il oktyabrın 7-də İsrail və HƏMAS arasında münaqişə başlayandan bəri Yaxın Şərqdə humanitar təşkilatların 333 işçisi ölüb. Qəzza sektorunun Səhiyyə Nazirliyinin məlumatına görə, 13 aydır davam edən döyüşlərdə 44 mindən çox insan ölüb.
BMT humanitar işçilər üçün təhlükəsizlik tədbirlərinin artırılmasına çağırıb və onların dünyadakı münaqişələrdən zərər çəkənlərə yardım göstərilməsində əsas rol oynadıqlarını vurğulayıb.
Oxşar xəbərlər
OCHA: Dünyada öldürülən humanitar yardım işçilərinin sayı son dərəcə artıb
Çadda daşqınlar nəticəsində 340 nəfər ölüb
Ali komissar: Dünyada 55 silahlı münaqişə mövcuddur
“Guardian”: 2024-cü il temperatur maksimumlarının sayına görə rekord vurub
Rusiyada terror xarakterli cinayətlərinin sayı rekord həddə çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-li konqresmendən Xameneiyə xəbərdarlıq: "Nə qədər ki, imkan var, İranı tərk et"
-
Ölkədə bəzi ərazilərdə qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
-
Cəlilabad Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub
-
Gündə dörd milyard dollar: ABŞ-nin Venesuela neftinə nəzarət üçün iddialı planı
-
Xamenei müraciət yaydı: Tramp devriləcək!
-
Xamenei: "İslam Respublikası etirazlar qarşısında geri çəkilməyəcək"












