Çadda daşqınlar nəticəsində 340 nəfər ölüb
Çadda daşqınlar nəticəsində ən azı 340 nəfər həlak olub.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bunu BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) rəsmi nümayəndəsi Yens Larke Cenevrədə keçirilən brifinqdə bildirib.
"Keçən ayın sonunda biz Çadda 964 mindən çox insanın leysan yağışları və şiddətli daşqınlardan zərər çəkdiyini bildirdik. Çad səlahiyyətlilərinin məlumatına görə, hazırda bu rəqəm təxminən 1,5 milyon nəfərə çatıb, ən azı 340 nəfər isə ölüb.
OCHA 3,4 milyon insanın artıq kəskin aclıqla üzləşdiyi ölkədə ərzaqla bağlı vəziyyətin pisləşəcəyini proqnozlaşdırır ki, bu da Çadda bu günə qədər qeydə alınmış ən yüksək ərzaq təhlükəsizliyi səviyyəsidir.
İdarə BMT fondundan əlavə vəsait ayıraraq cavab tədbirlərinin maliyyələşdirilməsini 5 milyon dollardan 8 milyon dollara çatdırıb.
Oxşar xəbərlər
Çadda daşqınlar 54 nəfərin həyatına son qoyub
Pakistanda leysan və daşqınlar nəticəsində 195 nəfər ölüb
Nigerdə güclü daşqınlar azı 131 nəfərin ölümünə səbəb olub
OCHA: Dünyada öldürülən humanitar yardım işçilərinin sayı son dərəcə artıb
CAR-da daşqınlar nəticəsində azı 12 nəfər ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













