“Lufthansa” Təl-Əviv və İrana uçuşların dayandırılmasını sentyabrın 24-dək uzadıb
sizinxeber.az xəbər saytı

“Lufthansa” Təl-Əviv və İrana uçuşların dayandırılmasını sentyabrın 24-dək uzadıb


Almaniyanın “Lufthansa Group” konserninə daxil olan aviaşirkətlər Təl-Əviv və İrana uçuşların dayandırılması müddətini sentyabrın 24-dək uzadıb.

"Report" xəbər verir ki, bu barədə TASS aviaşirkətə istinadən məlumat yayıb.

“Təhlükəsizliklə bağlı vəziyyətin dəyişməsi ilə əlaqədar “Lufthansa Group”un aviaşirkətləri Təl-Əviv və Tehrana bütün uçuşların sentyabrın 24-nə qədər dayandırılması ilə bağlı qərar qəbul edib”, - məlumatda bildirilib.

Qeyd olunub ki, “Lufthansa Group” vəziyyəti yaxından izləməyə davam edir və yaxın günlərdə daha ətraflı qiymətləndirmə aparacaq.

Məlumata görə, bu tədbirlərdən zərər çəkən sərnişinlər biletləri pulsuz olaraq yenidən bron edə və ya tam dəyərini geri ala bilərlər.

Oxşar xəbərlər

“Lufthansa” bir sıra şəhərlərə uçuşların dayandırılması müddətini avqustun 21-dək uzadıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Lufthansa” İran və İraq üzərindən uçuşları dayandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Lufthansa" və "Swiss Air" İsrail və Livana uçuşları ləğv edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Lufthansa" Təl-Əviv və əksinə olan bütün uçuşları təxirə salıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransa aviaşirkətləri Livana uçuşları dayandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər