“Lufthansa” bir sıra şəhərlərə uçuşların dayandırılması müddətini avqustun 21-dək uzadıb
sizinxeber.az xəbər saytı

“Lufthansa” bir sıra şəhərlərə uçuşların dayandırılması müddətini avqustun 21-dək uzadıb


Yaxın Şərqdə vəziyyətin pisləşməsi ilə əlaqədar “Lufthansa Group”a daxil olan aviaşirkətlər Əmman, Beyrut, Tehran, Təl-Əviv və Ərbilə uçuşların dayandırılması müddətini avqustun 21-dək uzadıb.

"Report" xəbər verir ki, bu barədə TASS-a "Lufthansa"nın mətbuat xidmətindən məlumat verilib.

"Mövcud təhlükəsizlik təhlilinə əsasən, “Lufthansa Group” Yaxın Şərqdəki fəaliyyətində yenidən dəyişiklik edir. Təl-Əviv, Tehran, Beyrut, Əmman və Ərbilə bütün uçuşlar avqustun 21-dək dayandırılıb. Konsern qeyd olunan tarixə qədər İran və İraqın hava məkanından istifadə etməyəcək", – məlumatda bildirilib.

Qeyd olunub ki, aviadaşıyıcı görülən tədbirlərdən zərər çəkmiş sərnişinlərə biletləri pulsuz olaraq yenidən bron etmək və ya reysi ləğv etmək imkanı təklif edir.

Oxşar xəbərlər

"Lufthansa" və "Swiss Air" İsrail və Livana uçuşları ləğv edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Lufthansa” İran və İraq üzərindən uçuşları dayandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yunanıstan aviaşirkəti Beyrut, Əmman və Təl-Əvivə uçuşların ləğvi müddətini uzadıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Lufthansa" Təl-Əviv və əksinə olan bütün uçuşları təxirə salıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Air France” Beyruta uçuşları avqustun 8-nə qədər ləğv edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər