Tokayev Ukraynadakı vəziyyətlə bağlı: Sülhə nail olmaq üçün imkan hələ də mövcuddur
Rusiya və Ukrayna arasında atəşkəsə nail olmaq üçün yaxşı fürsət İstanbul sazişindən imtina edilməsi ilə əldən çıxıb, lakin sülh üçün imkan hələ də qalır.
"Report" xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Almaniya kansleri Olaf Şolts ilə görüşündə bildirib.
“Fakt budur ki, Rusiya hərbi cəhətdən məğlubedilməzdir. Müharibənin daha da genişlənməsi bütün bəşəriyyət üçün və ilk növbədə Rusiya-Ukrayna münaqişəsində bilavasitə iştirak edən bütün ölkələr üçün bərpaolunmaz nəticələrə gətirib çıxaracaq. Təəssüf ki, heç olmasa atəşkəsə nail olmaq üçün yaxşı fürsət İstanbul sazişinin imzalanmasından imtina edilməsi ilə əldən çıxıb. Lakin sülhə nail olmaq imkanı hələ də mövcuddur. Müxtəlif dövlətlərin bütün sülh təşəbbüslərini diqqətlə nəzərdən keçirmək və hərbi əməliyyatları dayandırmaq barədə qərara gəlmək, sonra ərazi məsələlərinin müzakirəsinə keçmək lazımdır”, - o vurğulayıb.
Oxşar xəbərlər
Tokayev: Rusiya və Ukrayna İstanbul razılaşmasından imtina etməklə sülh fürsətini qaçırıb
Baş nazir: Hindistan Ukrayna-Rusiya münaqişəsinin həllinə töhfə verməyə hazırdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
"Fars": Qrossi İran-ABŞ danışıqlarında iştirak etmir
-
DÇ-2026: İspaniya və Belçika milliləri növbəti oyunlarına çıxacaqlar
