Tokayev: Rusiya və Ukrayna İstanbul razılaşmasından imtina etməklə sülh fürsətini qaçırıb
sizinxeber.az xəbər saytı

Tokayev: Rusiya və Ukrayna İstanbul razılaşmasından imtina etməklə sülh fürsətini qaçırıb


İstanbul razılaşmasından imtina etməklə tərəflər Rusiya-Ukrayna münaqişəsində əlverişli sülh fürsətini qaçırıb.

Sizinxeber.az-nın “newshub.kz” portalına istinadən xəbərinə görə, bunu Astanada səfərdə olan Almaniya kansleri Olaf Şolts ilə görüşdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

Qazaxıstan lideri bəyan edib ki, buna rəğmən sülhün əldə olunması imkanları tükənməyib. K.Tokayevin sözlərinə görə, münaqişənin eskalasiyası qarşısıalınmaz hadisələrə gətirib çıxaracaq.

Qeyd edək ki, İstanbul danışıqları Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra, 2022-ci ilin mart-aprel aylarında keçirilib. Moskva və Kiyev İstanbulda razılıq əldə etsələr də, daha sonra Ukrayna bu razılaşmalardan imtina edib.

Oxşar xəbərlər

Tokayev Rusiyanın hərbi baxımdan yenilməz olduğunu Şoltsun diqqətinə çatdırıb
Putin: Rusiya Ukrayna ərazisindən qaz tranzitindən imtina etmir
KİV: "Şolts planı" Ukrayna məsələsində "status-kvo"nun saxlanılmasını nəzərdə tutur
Lavrov: Rusiya Ukrayna ilə nizamlanmaya dair “İstanbul prinsipləri”nə qayıtmağa hazırdır
Medvedyev: Ukrayna ilə danışıqlar Kiyev rejimi dəyişdikdə mümkün olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər