Argentinada inflyasiya 90%-i keçib
Argentinada 2024-cü ilin avqust ayında istehlak qiymətləri indeksinin ümumi səviyyəsi 4,2%, ilin əvvəlindən isə 94,8% artıb. 2023-cü ilin eyni ayı ilə müqayisədə artım 236,7% təşkil edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə ölkənin Statistika və Siyahıyaalma İnstitutunun açıqladığı məlumatda deyilir.
Qiymət artımının 4% olduğu iyul ayı ilə müqayisədə avqustda inflyasiya bir qədər də sürətlənib. İndeksə daha çox kommunal xidmətlər (+7%), təhsil (+6,6%) və nəqliyyat (+5,1%) qiymətlərinin artımı təsir edib.
Qeyd edək ki, Argentina bir neçə ildir ki, ən yüksək inflyasiyaya malik ölkələr sırasındadır. 2023-cü ilin sonunda qiymət artımı 211,4%, 2022-ci ildə 94,8%, 2021-ci ildə 50,9% olub. 19 noyabr 2023-cü ildə Xavyer Mileyin prezident seçilməsindən sonra qiymət artımı əhəmiyyətli dərəcədə sürətlənıb. Onun hökumətinin ilk tədbirlərindən biri dolların rəsmi məzənnəsini bir dollar üçün 366 pesodan 800 pesoya qaldırmaq olub.
Oxşar xəbərlər
ING Azərbaycanda inflyasiya proqnozunu yeniləyib
ING Azərbaycanda iqtisadi artım proqnozunu yeniləyib
ING Azərbaycanda 2025-ci il üçün iqtisadi artım proqnozunu açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
