ABŞ Rusiya ilə kosmosla bağlı danışıqlar planlaşdırmır
ABŞ və Rusiya arasında kosmosda təhlükəsizlik məsələləri ilə bağlı danışıqlar planlaşdırılmır.
“Sizinxeber.az” xəbər verir ki, bunu ABŞ Kosmik Komandanlığının rəhbəri general Stiven Uaytinq deyib.
O, ABŞ Silahlı Qüvvələrinin Peterson bazası tərəfindən təşkil edilən videokonfrans zamanı jurnalistin müvafiq sualını “Rusiya ilə heç bir danışıqlar planlaşdırmırıq”, - deyə cavablandırıb.
Qeyd edək ki, 2024-cü ilin fevralında ABŞ hökuməti, o cümlədən prezident Cozef Bayden s Rusiyanı kosmosa nüvə silahı yerləşdirməyi nəzərdən keçirdiyini bəyan etmişdi. Amerika prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan aprelin 24-də Rusiya Federasiyasının nüvə yükü daşıyan peyk əleyhinə silahlar hazırladığını iddia edib.
Oxşar xəbərlər
Rusiya Təhlükəsizlik Şurasının katibi İrana gedib
Pentaqon ötən il 200-dən çox nüvə silahı alıb
Bayden mart ayında ölkənin gizli nüvə strategiyasını təsdiqləyib
Politico: ABŞ İrana birbaşa hücum etməyi planlaşdırmır
Dmitri Medvedev: Ukrayna Rusiya ərazisidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













