ABŞ Moskva və Kiyevin danışıqlardakı mövqelərinin təfərrüatlarını əldə edib
sizinxeber.az xəbər saytı

ABŞ Moskva və Kiyevin danışıqlardakı mövqelərinin təfərrüatlarını əldə edib


ABŞ Rusiya və Ukraynanın danışıqlardakı mövqelərinin konkret detallarını əldə edib və onlar üzərində işləyir.

"Report"un məlumatına görə, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens "Fox News" telekanalına müsahibəsində bildirib.

"Nəhayət ki, detalları əldə etdik. Biz onlar üzərində işləyirik, lakin hələ hər şeyi tam düşünməmişik", - deyə danışan Vens əlavə edib:

"Ukrayna Rusiyanın bir daha onun ərazisinə müdaxilə etməyəcəyini bilmək istəyir. O, gələcəkdə öz ərazi bütövlüyünə əmin olmaq istəyir. Ruslar müəyyən əraziləri istəyirlər, onların əksəriyyətini artıq işğal ediblər, lakin bəzilərini yox. Danışıqların mahiyyəti də məhz bundadır".

Oxşar xəbərlər

Vens: Moskva və Kiyevin razılığa gələ bilməyəcəyi halda ABŞ Ukrayna ilə bağlı sülh prosesindən çıxacaq
ABŞ-nin vitse-prezidenti: Tramp Ukrayna üzrə danışıqların uğurlu olacağına əmin deyil
Vens: ABŞ 100 gün ərzində Ukrayna üzrə birbaşa danışıqlar təşkil etmək niyyətindədir
Vens: ABŞ yaxın 100 gün ərzində Rusiya və Ukrayna arasında birbaşa danışıqların başlanmasına çalışacaq
Rubio Ukrayna ilə bağlı razılaşma üçün çox yol qət etmək lazım olduğunu bildirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər