Leysan yağışları Dağıstan kəndlərindən birinin girişindəki bəndi dağıdıb
sizinxeber.az xəbər saytı

Leysan yağışları Dağıstan kəndlərindən birinin girişindəki bəndi dağıdıb


Dağıstanın Axtı rayonunun kəndlərindən birindəki bənd güclü yağıntılar səbəbindən uçub, yaxınlıqdakı yaşayış evləri, qaz kəməri və respublika əhəmiyyətli avtomobil yolunun su altında qalma təhlükəsi mövcuddur.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "İnterfaks" Rusiya FHN-in respublika üzrə Baş İdarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Mayın 29-30-da yağan güclü yağışlar səbəbindən Axtı kəndinə girişdə 100 metr uzunluğunda bənd uçub. Vəziyyətin daha da pisləşəcəyi halda sahilyanı torpaqlar, tarlalar, fərdi evlər, qaz kəməri, elektrik ötürücü xətləri və respublika əhəmiyyətli yolun su altında qalma təhlükəsi var", - məlumatda deyilir.

Qurumdan qeyd ediblər ki, hazırda yerli əhali üçün təhlükə yoxdur.

Yerlərdə vəziyyətin qiymətləndirilməsi ilə Axtı rayon rəhbərliyi və Rusiya FHN əməkdaşları məşğul olacaqlar.

Oxşar xəbərlər

Dağıstanda leysan yağışları səbəbindən mindən çox ev su altında qalmaqdadır
Dağıstanda güclü yağışlardan sonra 500-dən çox ev su altında qalıb
Dağıstanda güclü yağışdan sonra 500-dən çox ev su altında qalıb
Yaponiyada güclü yağışlar ən yüksək səviyyəli təxliyəyə səbəb olub
Rusiya FHN: Dağıstanda 760-dan çox ev su altındadır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər