"SF Azerbaijan" BOKT-un xalis mənfəəti 2 dəfədən çox azalıb
sizinxeber.az xəbər saytı

"SF Azerbaijan" BOKT-un xalis mənfəəti 2 dəfədən çox azalıb


"SF Azerbaijan" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 15,754 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 2,4 dəfə və yaxud 58,3 % azdır.

Ötən il "SF Azerbaijan"ın vergiyəqədərki mənfəəti 19,75 milyon manat (əvvəlki ilə nisbətən 58,1 % az), mənfəət vergisi ödəmələri 3,996 milyon manat (57,7 % az) təşkil edib.

Bu il yanvarın 1-nə "SF Azerbaijan"ın aktivləri 48,507 milyon manat olub ki, bu da illik müqayisədə 40,6 % azdır. Bunun 28,593 milyon manatı müştərilərə verilmiş xalis kreditdir. 2025-ci ildə BOKT-un kredit portfeli 73,9 % kiçilib.

Hesabat dövründə "SF Azerbaijan"ın öhdəlikləri 81,1 % azalaraq 8,703 milyon manata düşüb, balans kapitalı isə 11,8 % artaraq 39,804 milyon manata çatıb.

Xatırladaq ki, "SF Azerbaijan" 2021-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. BOKT-un təsisçisi Latviyanın "Sun Finance Cetral Asia AS" şirkətidir.

Oxşar xəbərlər

"Nas Project" BOKT-un xalis mənfəəti 11 % azalıb
"TCF" BOKT-un aktivləri 2 dəfədən çox azalıb
MCB BOKT-un xalis mənfəəti 7 %-dən çox azalıb
"Viator Mikrokredit Azərbaycan" BOKT-un xalis mənfəəti 2 dəfə azalıb
"M Bulak" BOKT-un xalis mənfəəti 40 %-ə yaxın azalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər