Vens: Moskva və Kiyevin razılığa gələ bilməyəcəyi halda ABŞ Ukrayna ilə bağlı sülh prosesindən çıxacaq
Moskva və Kiyevin razılığa gələ bilməyəcəyi təqdirdə ABŞ Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə sülh prosesində iştirakını dayandırmağa hazırdır.
“Sizinxeber.az” xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti J.D.Vens Romadan Vaşinqtona yola düşməzdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Biz nəticələr görmək istəyirik. Görmək istədiyimiz ilk vacib nəticə o idi ki, biz Rusiya və Ukraynanın danışıqlar masasına real sülh təklifi qoymasını istəyirdik", - o qeyd edib.
Vitse-prezident vurğulayıb ki, sülh nizamlanması üzrə danışıqlarda "bir qədər dalana dirənmiş vəziyyət" yaranıb, lakin Birləşmiş Ştatlar sülhün bərqərar olunması işində tərəfdaş olmağa hazırdır.
"Biz buna son qoymağa çalışacağıq, amma bacara bilməsək, o halda deyəcəyik: "Cəhd etməyə dəyərdi, amma biz artıq bununla məşğul olmayacağıq", - Vens əlavə edib.
Oxşar xəbərlər
Vens: ABŞ 100 gün ərzində Ukrayna üzrə birbaşa danışıqlar təşkil etmək niyyətindədir
Vens: ABŞ Ukraynada uzunmüddətli həllə diqqət yetirməyə çalışır - YENİLƏNİB
ABŞ Ukrayna və Rusiyaya "sülh ilə bağlı dəqiq təkliflər" verib
Vens: nə Avropa, nə ABŞ, nə də Ukrayna Rusiya ilə münaqişəni davam etdirə bilər
ABŞ-nin vitse-prezidenti Papa ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













