Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
sizinxeber.az xəbər saytı

Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib


Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu CHP parlament fraksiyasının sədri Özgür Özelin qurultayı çağırışına cavab verib.

NTV-nin xəbərinə görə, Kılıçdaroğlu bu gün jurnalistlərə açıqlamasında bildirib ki, CHP-nin qurultayını keçirəcəklər.

Biz qurultay keçirəcəyik, qurultaysız partiya ola bilərmi? Bu, hüquqi çərçivədə edilməlidir”, - o qeyd edib.

CHP sədrinin sözlərinə görə, partiya ilə bağlı son qərar üzrə tədbirlər aradan qaldırıldıqdan sonra qurultay baş tutacaq.

Kamal Kılıçdaroğlu Özgür Özellə görüşmədiyini də diqqətə çatdırıb.

Qeyd edək ki, Ankara Məhkəməsinin qərarına əsasən CHP-nin 4-5 noyabr 2023-cü il tarixlərində keçirilmiş 38-ci qurultayının nəticələri ləğv edilib.

Qərara görə, partiyanın sədri Özgür Özel vəzifəsindən kənarlaşdırılıb.

Eyni zamanda, CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu qərar qətiləşənə qədər müvəqqəti olaraq sədr postuna bərpa edilib.

Oxşar xəbərlər

Kılıçdaroğlu Özgür Özəlin qrup sədrliyinin ləğvi üçün TBMM-yə müraciət edib
Özgür Özel vəzifəsindən kənarlaşdırılıb, Kamal Kılıçdaroğlu CHP sədri postuna bərpa edilib
Özgür Özel CHP parlament qrupunun sədri seçilib
Türkiyənin ana müxalifət partiyasının son qurultayının nəticələri ləğv edilib, Kılıçdaroğlu yenidən sədr olub
CHP fövqəladə qurultay keçirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər