FNC BOKT maliyyə vəziyyətini açıqlayıb
sizinxeber.az xəbər saytı

FNC BOKT maliyyə vəziyyətini açıqlayıb


FNC QSC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 3,278 milyon manat xalis mənfəətlə başa vurub.

"Sizinxeber.az" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 66,2 % çoxdur.

Ötən il FNC-nin vergiyəqədərki mənfəəti 4,098 milyon manat (əvvəlki ilə nisbətən 66,2 % çox), mənfəət vergisi ödəmələri isə 820 min manat (66,3 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə FNC-nin aktivləri 50,39 milyon manat olub ki, bu da illik müqayisədə 18,2 % çoxdur. Bunun 49,49 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 16,4 % böyüyüb.

Hesabat dövründə FNC-nin öhdəlikləri 7,4 % artaraq 43,235 milyon manata, balans kapitalı isə 3 dəfə artaraq 7,155 milyon manata, o cümlədən nizamnamə kapitalı 6 dəfə artaraq 1,8 milyon manata çatıb.

Xatırladaq ki, FNC 2021-ci ildə yaradılıb. BOKT-un səhmdarı 100 % Xəqani Məmmədovdur.

Oxşar xəbərlər

"İnternational" BOKT maliyyə vəziyyətini açıqlayıb
"Kəpəz" BOKT maliyyə vəziyyətini açıqlayıb
"Merkuri" BOKT maliyyə vəziyyətini açıqlayıb
"Caspian İnvest" BOKT maliyyə vəziyyətini açıqlayıb
"Regional" BOKT maliyyə vəziyyətini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər