Müharibə naziri: İranla razılaşma əldə olunmasa, ABŞ hərbi əməliyyatları yenidən başlatmağa hazırdır
İranla razılaşma əldə olunmasa, ABŞ hərbi əməliyyatları yenidən başlatmağa hazırdır.
Reuters xəbər verir ki, bunu ABŞ-ın müharibə naziri Pit Heqset Sinqapurda keçirilən Şanqri-La Dialoqunda bildirib.
Onun sözlərinə görə, Vaşinqton zərurət yaranacağı təqdirdə hücumları bərpa etmək imkanına malikdir.
“Lazım gələrsə, əməliyyatları yenidən başlatmaq qabiliyyətimiz var. Bunun üçün həm regionda, həm də dünyanın digər yerlərində kifayət qədər hərbi ehtiyatlarımız mövcuddur”, – Heqset vurğulayıb.
Nazir qeyd edib ki, ABŞ İranla münaqişəyə baxmayaraq Asiya-Sakit okean regionundan uzaqlaşmayıb və eyni vaxtda bir neçə istiqamətdə fəaliyyət göstərə bilir.
Onun sözlərinə görə, ABŞ müdafiə sənayesi gücləndirilir və yaxın vaxtlarda sursat istehsalının 2-4 dəfə artırılması planlaşdırılır.
Heqset əlavə edib ki, Prezident Donald Trump səbirli mövqe nümayiş etdirir və İranın nüvə silahı əldə etməsinin qarşısını alacaq razılaşma əldə etmək istəyir.
Oxşar xəbərlər
Tramp İranla razılaşma əldə olunacağı təqdirdə İslamabada səfər edəcəyini istisna etməyib
İsrailin müdafiə naziri: ABŞ razılıq versə, İranla müharibə yenidən başlaya bilər
ABŞ-ın müharibə naziri ilə Adam Smit arasında İranla bağlı gərgin müzakirə aparılıb
Heqset: Trampın İranla bağlı güc tətbiqinə dair fikirləri ciddi niyyətə əsaslanır
ABŞ Ukraynada olan bəzi HHM sistemlərini Yaxın Şərqə köçürüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arka sokaklar"ın bütün aktyorları "öldü"
-
Rusiya Ermənistandan bir sıra tərəvəz və giləmeyvələrin idxalını məhdudlaşdırıb
-
ABŞ və Kuba hərbi komandanlığı əməliyyat təhlükəsizliyini müzakirə ediblər
-
Putin Ermənistanın Aİİ-dən çıxmasının nəticələrindən danışıb
-
Berqe: Azərbaycan Xalq Cümhuriyyəti bir çoxlarından əvvəl qadınlara səsvermə hüququ verib
-
Kiyevdə ardıcıl partlayışlar oldu
