"Finkapital" BOKT ötən ili zərərlə başa vurub
sizinxeber.az xəbər saytı

"Finkapital" BOKT ötən ili zərərlə başa vurub


"Finkapital" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 56 min manat zərərlə başa vurub. Halbuki, BOKT 2024-cü ildən 146 min manat xalis mənfəətlə çıxmışdı.

"Report" xəbər verir ki, bu il yanvarın 1-nə "Finkapital"ın aktivləri 4,583 milyon manat olub ki, bu da illik müqayisədə 30,8 % çoxdur. Bunun 3,872 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 28,9 % böyüyüb.

Hesabat dövründə "Finkapital"ın öhdəlikləri 31,6 % artaraq 3,374 milyon manat, balans kapitalı isə 19,5 % azalaraq 2,854 milyon manat, o cümlədən nizamnamə kapitalı 59,6 % artaraq 870 min manat olub.

Xatırladaq ki, "Finkapital" 2021-ci ildə yaradılıb.

Oxşar xəbərlər

"Falcon Finance" BOKT ötən ili zərərlə başa vurub
Azərbaycan BOKT-ları I yarımildə 13 milyon manatdan çox zərər edib
"Regional" BOKT maliyyə vəziyyətini açıqlayıb
İDK BOKT-un zərəri 7 %-ə yaxın artıb
"İnternational" BOKT maliyyə vəziyyətini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər