Nazir: Türkiyə Yaponiya ilə müdafiə sənayesi sahəsində əməkdaşlığı dərinləşdirmək niyyətindədir
sizinxeber.az xəbər saytı

Nazir: Türkiyə Yaponiya ilə müdafiə sənayesi sahəsində əməkdaşlığı dərinləşdirmək niyyətindədir


Türkiyə Yaponiya ilə müdafiə sənayesi sahəsində əməkdaşlığı dərinləşdirmək niyyətindədir.

APA xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Yaponiyanın “Nikkei Asia” qəzetinə müsahibəsində bildirib.

Nazir qeyd edib ki, Türkiyə pilotsuz uçuş aparatlarının (PUA) istehsalında önəmli ölkələrdən biridir və Ankara Tokio ilə müdafiə sənayesi əlaqələrini genişləndirməkdə maraqlıdır.

“Türkiyə və Yaponiyanın bir-birini tamamlayan imkanları var və qarşılıqlı faydalı əməkdaşlıq üçün güclü potensialın mövcudluğuna inanırıq”, – nazir vurğulayıb.

Onun sözlərinə görə, Türkiyənin PUA və dron texnologiyaları müxtəlif əməliyyat mühitlərində özünü sübut edib və xüsusilə sahil və sərhəd təhlükəsizliyi sahələrində Yaponiya ilə birgə inkişaf və birgə istehsal üçün mühüm imkanlar yaradır.

Nazir həmçinin Türkiyə ilə Yaponiya arasında sosial təminat sazişi üzrə danışıqlarda irəliləyiş əldə olunduğunu bildirib. Onun sözlərinə görə, son müzakirələr müsbət nəticələr verib və tərəflər yaxın gələcəkdə razılaşma əldə etməyə ümid edir.

Oxşar xəbərlər

Türkiyə XİN: Avropa ABŞ-dan asılılığı azaltmaq üçün müdafiə sahəsində addımlar atır
Nazir Türkiyənin Aİ-yə üzvlük perspektivindən danışıb
Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb, memorandum imzalanıb
Türkiyə XİN: Suriyada azlıqlara zülm olarsa, Ankara lazımi addımlar atacaq
Türkiyə və Suriya prezidentləri arasında görüş olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər