"Monetri" BOKT maliyyə vəziyyətini açıqlayıb
"Monetri" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 5,442 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu 2024-cü illə müqayisədə 35,1 % çoxdur.
Ötən il "Monetri"nin vergiyəqədərki mənfəəti 6,114 milyon manat (əvvəlki ilə nisbətən 21,4 % çox), mənfəət vergisi ödəmələri isə 672 min manat (33,3 % az) təşkil edib.
Bu il yanvarın 1-nə "Monetri"nin aktivləri 35,204 milyon manat olub ki, bu da illik müqayisədə 49 % çoxdur. Bunun 20,567 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 2,3 dəfə böyüyüb.
Hesabat dövründə "Monetri"nin öhdəlikləri 2,4 dəfə artaraq 10,89 milyon manata, balans kapitalı isə 27 % artaraq 24,314 milyon manata çatıb.
Xatırladaq ki, "Monetri" 2013-cü ildən fəaliyyət göstərən "PSG Finans" BOKT-un bazasında 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır. BOKT-un təsisçiləri 75%-lik payla "Practical Solutions Middle East FZ" şirkəti, eləcə də hər biri 12,5%-lik payla Faiq Məmmədov və "Chaparxana KFT" şirkətidir.
Oxşar xəbərlər
"Regional" BOKT maliyyə vəziyyətini açıqlayıb
"İnternational" BOKT maliyyə vəziyyətini açıqlayıb
"İdeal Kredit" BOKT maliyyə vəziyyətini açıqlayıb
MCB BOKT-un xalis mənfəəti 7 %-dən çox azalıb
"Caspian İnvest" BOKT maliyyə vəziyyətini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arka sokaklar"ın bütün aktyorları "öldü"
-
ABŞ və Kuba hərbi komandanlığı əməliyyat təhlükəsizliyini müzakirə ediblər
-
Rusiya Ermənistandan bir sıra tərəvəz və giləmeyvələrin idxalını məhdudlaşdırıb
-
Putin Ermənistanın Aİİ-dən çıxmasının nəticələrindən danışıb
-
Kiyevdə ardıcıl partlayışlar oldu
-
London NATO vasitəsilə Rumıniyadakı hərbi hava qüvvələrini artırmağa hazırdır
