Bosniya və Herseqovinada meşə yanğınları davam edir
sizinxeber.az xəbər saytı

Bosniya və Herseqovinada meşə yanğınları davam edir


Bosniya və Herseqovinada dünən başlayan meşə və otlaq yanğınları davam edir, hərbi helikopterin dəstəyi istənilib.

"Sizinxeber.az"un Balkan bürosu xəbər verir ki, yanğın mayın 29-u günorta saatlarında Bosniya və Herseqovinanın Yablanitsa qəsəbəsi yaxınlığında yerləşən Pisvir bölgəsində şam meşəsində başlayıb.

Yablanitsa Yanğından Mühafizə Bölməsinin əməkdaşları ötən gün saat 14:30-dan 21:00-dək alovla mübarizə aparsalar da, yanğının baş verdiyi ərazinin əlçatan olmaması səbəbilə yanğın hələ də davam edir.

Məlumata görə, hazırda ölkənin Silahlı Qüvvələrinə məxsus helikopterin cəlb olunması ilə bağlı müraciət edilib.

Səlahiyyətli qurumlar ölkə ərazisində yanğınların nəzarət altına alınması istiqamətində işlərin davam etdirildiyini bildiriblər.

Oxşar xəbərlər

Bosniya və Herseqovinada daşqınlar nəticəsində 14 nəfər ölüb
Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada iki medal qazanıblar
Bosniya və Herseqovinada güclü qar səbəbindən onminlərlə ev işıqsız qalıb
Bosniya və Herseqovinada məktəbdə atışma olub, üç nəfər öldürülüb
Türkiyənin bir çox vilayətində meşə yanğınları nəzarət altına alınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər