Rusiyanın Konstantinovkada bazara endirdiyi zərbələr nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb
Avqustun 20-də Rusiya hərbçiləri Ukraynanın Donetsk vilayətindəki Konstantinovka bazarına raket zərbələri endirib, nəticədə 3 nəfər ölüb, 4 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə Donetsk Vilayət Hərbi Administrasiyasının (VHA) rəhbəri Vadim Filaşkin özünün teleqram kanalında məlumat verib.
“Konstantinovkaya endirilən zərbələr nəticəsində azı 3 nəfər ölüb, 4 nəfər yaralanıb. Ruslar şəhərə səkkiz “Smerç” raketi atıblar, qəsdən bazarı nişan alıblar”, - o bildirib.
Filaşkinin sözlərinə görə, 15 ticarət pavilyonu, 8 fərdi yaşayış evi, 6 çoxmərtəbəli bina, 1 mağaza, 2 avtomobil və elektrik xətləri ziyan görüb.
Donetsk VHA rəhbəri Rusiya Silahlı Qüvvələrinin davam edən zərbələri ilə əlaqədar bölgə əhalisini dərhal təxliyə olmağa çağırıb.
Oxşar xəbərlər
Rusiya Donetskə zərbələr endirib, 5 nəfər ölüb, 11 nəfər yaralanıb
Rusiya Donetsk vilayətində bazara raket zərbələri endirib, ölənlər və yaralananlar var
Rusiya ordusu Ukraynanın Donetsk və Sumı vilayətlərini atəşə tutub, ölənlər var
Rusiyanın Mirnoqrada endirdiyi zərbələr nəticəsində 3 nəfər ölüb
Rusiyanın Ukraynaya endirdiyi zərbə nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













