Sertifikatlaşdırmaya ilk dəfə cəlb olunacaq müəllimlər üçün sınaq imtahanı olacaq
sizinxeber.az xəbər saytı

Sertifikatlaşdırmaya ilk dəfə cəlb olunacaq müəllimlər üçün sınaq imtahanı olacaq


Cari ildə sertifikatlaşdırma imtahanına ilk dəfə cəlb olunacaq fənn müəllimlərinə (fiziki tərbiyə, musiqi, tarix, təsviri incəsənət, texnologiya) dəstək məqsədilə “MS TEAMS” platformasında sınaq imtahanı təşkil olunacaq.

Bu barədə Sizinxeber.az-ya Təhsil İnstitutundan məlumat verilib.

Bildirilib ki, sınaq imtahanının səhifəsi 3 iyun tarixində saat 10:00-dan başlayaraq 20:00-dək aktiv olacaq. Bu müddət ərzində hər müəllimin yalnız bir dəfə (120 dəqiqə) sınaq imtahanında iştirak etmək imkanı olacaq.

Sınaq imtahanlarında namizədlərə ixtisas fənni üzrə 50, metodika və pedaqogika üzrə 10 test tapşırığı təqdim olunacaq. İmtahan vaxtı bitən kimi nəticəniz avtomatik olaraq ekranda görünəcək.

Oxşar xəbərlər

Sertifikatlaşdırılmaya cəlb olunacaq müəllimlərin sınaq imtahanı keçiriləcək
Ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanına qeydiyyat elan edilib
İctimai səhiyyə üzrə rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq modeli hazırlanıb
Magistraturaya qəbul imtahanı modelinə uyğun sınaq imtahanına qeydiyyat müddəti uzadılıb
Ali məktəblərə qəbul imtahanlarının vaxtı məlum olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər