"Reuters": Kreml Rusiyada yaşayan 100 min ermənini Paşinyanın əleyhinə səs verməyə göndərmək istəyir
Kreml Rusiyada yaşayan 100 min ermənini Paşinyana əleyhinə səs verməyə göndərmək istəyir.
Bu barədə "Reuters" dörd mənbəyə istinadən məlumat verir.
Bildirilib ki, son aylarda Rusiya rəsmiləri Rusiyada yaşayan Ermənistan vətəndaşlarının parlament seçkilərində hazırkı Baş nazir Nikol Paşinyanın rəqiblərinə səs vermələri üçün vətənlərinə göndərilməsi planını müzakirə ediblər.
Agentliyin mənbələrinə görə, Rusiya hakimiyyəti 100 min seçicinin daşınmasının xərcini təxminən 50 milyon dollar qiymətləndirib. May ayının ortalarına qədər Kreml Rusiya regionları arasında kvotaları - hər birindən göndəriləcək ermənilərin sayını - bölüşdürüb və yerli hakimiyyət orqanlarından hazırlıqları barədə hesabat vermələrini tələb edib.
Reuters jurnalistləri bu planın həyata keçirildiyini və ya bu sayda seçicinin seçkilərdə əsas namizədlər arasındakı fərqi aradan qaldırmaq üçün kifayət edib-etməyəcəyini müəyyən edə bilməyiblər.
Qeyd edək ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçiriləcək.
Oxşar xəbərlər
Kreml Paşinyanın KTMT ilə bağlı ittihamlarına cavab verib
Kreml: Rusiya Ukrayna ilə İstanbul danışıqlarına hazırlaşır
Kreml Paşinyanın Rusiya ilə əlaqələri bərpa etmək barədə göstərişinə dair məlumatlara münasibət bildirib
Belarus vətəndaşları Rusiyada seçkilərdə səsvermə hüququ əldə edib
Rusiyada yeni səfərbərlik elanı müzakirə olunmur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Buna görə milyonlarla insan işini itirə bilər - Putin
-
Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər – Vacib açıqlama
-
Pensiyaya çıxmaq istəyən qadınlara mühüm XƏBƏR: Nələr dəyişir?
-
ABŞ Ebola şübhəsi olan vətəndaşları üçün Keniyada karantin mərkəzi yaradır
-
Finlandiya Ukrayna üzrə danışıqlar masasında Avropaya yer verməyə çağırıb
-
Amerikalı nazirdən İrana xəbərdarlıq: Vaşinqtonun səbri sonsuz deyil
