Heqset: ABŞ ordusu İrana qarşı döyüş əməliyyatlarının bərpasına hazırdır
ABŞ Silahlı Qüvvələri İrana qarşı hərbi əməliyyatların mümkün bərpasına tam hazır vəziyyətdədir.
"Report" xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Pit Heqset Sinqapurda yerləşən ABŞ-nin universal aviadadaşıyıcı gəmisi "USS Boxer"ı ziyarəti zamanı bəyan edib.
Onun sözlərinə görə, İran öz nüvə proqramını ya dayandırmaq, ya da ABŞ hərbçiləri ilə üz-üzə gəlmək seçimi qarşısındadır.
"Prezidentin (ABŞ Prezidenti Donald Trampın) öz administrasiyasının nümayəndələri ilə görüşdə qeyd etdiyi kimi, "İranın iki yolu var - ya düzgün yol seçib danışıqlar masasında razılaşma əldə edərək nüvə proqramından imtina etmək, ya da solumda dayanan adamla üzləşmək". Elə oldu ki, o adam mən idim, amma, əslində, mən deyiləm - bu, sizsiniz, uşaqlar", - Heqset deyib.
Daha əvvəl Tramp bəyan edib ki, artıq mayın 29-da müşavirə zamanı İranla ilkin razılaşdırılmış sazişin təsdiqlənməsinə dair yekun qərar verməyi planlaşdırır.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.
Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.
ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.
Oxşar xəbərlər
Pit Heqset: ABŞ-nin İrana zərbələrinin hədəfləri dəyişməyib
Pentaqon rəhbəri: Tramp hələ də İranla razılığa gəlməyi düşünür
Pit Heqset: Hörmüz boğazından keçid zamanı İranın sərhədləri pozulmayacaq
Pit Heqset: Tramp İrana qarşı mərhəmətli olub
Heqset: Trampın İranla bağlı güc tətbiqinə dair fikirləri ciddi niyyətə əsaslanır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Buna görə milyonlarla insan işini itirə bilər - Putin
-
Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər – Vacib açıqlama
-
Pensiyaya çıxmaq istəyən qadınlara mühüm XƏBƏR: Nələr dəyişir?
-
ABŞ Ebola şübhəsi olan vətəndaşları üçün Keniyada karantin mərkəzi yaradır
-
Finlandiya Ukrayna üzrə danışıqlar masasında Avropaya yer verməyə çağırıb
-
Amerikalı nazirdən İrana xəbərdarlıq: Vaşinqtonun səbri sonsuz deyil
