Ukraynalı şərhçi: Vaşinqton danışıqları gələn həftə sülh sazişi bağlamaq niyyətini ortaya qoyub
sizinxeber.az xəbər saytı

Ukraynalı şərhçi: Vaşinqton danışıqları gələn həftə sülh sazişi bağlamaq niyyətini ortaya qoyub


Vaşinqtonda ABŞ və Ukrayna prezidentləri - Donald Tramp, Volodimir Zelenski və Avropa İttifaqı liderlərinin iştirakı ilə keçirilən danışıqlar gələn həftə sülh sazişi bağlamaq niyyətini ortaya qoyub.

Bunu "Sizinxeber.az"un Şərqi Avropa bürosuna açıqlamasında, Ukraynadan olan hərbi-siyasi şərhçi Taras Berezovets bildirib.

O bildirib ki, Ağ Ev artıq müvafiq danışıqların iki həftə ərzində baş tutacağını, hətta Ukraynanın əsas milli bayramı olan Müstəqillik Gününün qeyd olunmasına iki gün qalmış, avqustun 23-nə təyin ediləcəyini ehtimal kimi açıqlayıb:
"Bununla belə, Rusiya Prezidenti Vladimir Putinin belə bir sövdələşmənin bağlanmasında səmimiliyinə şübhələr davam edir".

"Xüsusən də Rusiya prezidentinin Donetsk və Luqansk vilayətlərinin ərazilərinin ona verilməsi ilə bağlı Ukraynaya qeyri-mümkün tələblər irəli sürdüyü Alyaska danışıqlarından sonra bu şübhələr var. Rusiya tərəfi hücumu üçün vaxt udmağa çalışaraq, sülh danışıqlarını hər cür uzatmağa çalışır.

ABŞ administrasiyasının tez nəticə əldə etməyə yönəldiyini nəzərə alsaq, qarşıdakı həftələr gərgin olacaq və Kremlin niyyətlərinin qeyri-səmimiliyini göstərəcək. Bütün sadalanan amilləri nəzərə alsaq, Rusiya tərəfinin sülh razılaşmasına nail ola bilməməsi ehtimalı həddindən artıq yüksək olaraq qalır. Və yüksək ehtimalla cəbhədə hərbi əməliyyatlar davam edəcək", - politoloq əlavə edib.

Oxşar xəbərlər

Tramp gələn həftə ABŞ-də Zelenski ilə görüşmək niyyətindədir
Tramp Zelenski ilə görüşdə ərazilərin mübadiləsi məsələsini müzakirə etmək niyyətindədir
KİV: Avropa Tramp, Zelenski və Putinin sammiti üçün yer seçir
Tramp Rusiya və Ukrayna nümayəndələri ilə danışıqlar aparacağı yerləri açıqlayıb
Ukrayna Rusiyaya gələn həftə danışıqların yeni mərhələsini keçirməyi təklif edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle