Tramp gələn həftə ABŞ-də Zelenski ilə görüşmək niyyətindədir
ABŞ Prezidenti Donald Tramp gələn həftə ukraynalı həmkarı Volodimir Zelenski ilə görüş keçirməyi planlaşdırır, görüş Vaşinqtonda baş tuta bilər.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Amerika lideri Ağ evdə Yaponiya Baş naziri Sigeru İşiba ilə danışıqların başlanmasından əvvəl jurnalistlərə bildirib.
“Mən, yəqin ki, gələn həftə Prezident Zelenski ilə görüşəcəyəm və yəqin ki, Rusiya Prezidenti Vladimir Putinlə danışacağam. O (Zelenski – red.), gələn həftə mənimlə görüşə bilər. O nəyi üstün tutsa, mən buradayam”, – Tramp Putinlə söhbətin nə vaxt baş tuta biləcəyini izah etmədən vurğulayıb.
ABŞ liderinin sözlərinə görə, Zelenski ilə görüş paytaxt “Vaşinqtonda keçirilə bilər”.
“Ora (Ukraynaya – red.) getməyəcəyəm”, – o əlavə edib.
Oxşar xəbərlər
Tramp gələn həftə Zelenski ilə görüşə bilər
Tramp: Tezliklə Putinlə görüşəcəyəm
Tramp Zelenski ilə yaxşı münasibətləri olduğunu bəyan edib
Reuters: Tramp Zelenski ilə nadir yer resurslarını müzakirə edəcək
Makron, Zelenski və Tramp arasında görüş 20 dəqiqə davam edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
