Tramp Rusiya və Ukrayna nümayəndələri ilə danışıqlar aparacağı yerləri açıqlayıb
sizinxeber.az xəbər saytı

Tramp Rusiya və Ukrayna nümayəndələri ilə danışıqlar aparacağı yerləri açıqlayıb


ABŞ, Rusiya və Ukrayna rəsmiləri danışıqlar aparmaq üçün Almaniyada bir araya gələcək, gələn həftə isə Səudiyyə Ərəbistanında görüşəcəklər.

"Sizinxeber.az" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

"Sabah Münhendə, gələn həftə isə Səudiyyə Ərəbistanında yüksək rütbəli rəsmilərlə görüş olacaq. Müzakirələrə Ukrayna təmsilçilərindən başqa, Rusiya və ABŞ-dən olan nümayəndələr də qatılacaq", - Tramp deyib.

O, bu təmasların hansı formatda keçirilməsinin planlaşdırıldığını açıqlamayıb.

Tramp qeyd edib ki, nə o, nə də Rusiya Prezidenti Vladimir Putin bu görüşlərdə iştirak etməyəcək.

Oxşar xəbərlər

Tramp Ukrayna və Rusiya liderləri ilə danışıqlardan razı qalıb
Tramp: ABŞ Rusiya və Ukrayna ilə planlaşdırılmış əlaqələri var
Pentaqon rəhbəri: Tramp Rusiya-Ukrayna müharibəsi kontekstində uğurlu danışıqlar aparır
Tramp: Rusiya-Ukrayna müharibəsinin nizamlanması naminə Putinlə danışığa hazıram
Tramp yaxın altı ayda Putinlə danışıqlar aparmaq istəyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər