KİV: Avropa Tramp, Zelenski və Putinin sammiti üçün yer seçir
Avropa İttifaqı ölkələri ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putinin bu ayın sonuna qədər mümkün görüşünün təşkili üçün bir neçə Avropa şəhərini qiymətləndirir.
“Report” xəbər verir ki, bu barədə “Sky News” Avropa İttifaqı strukturlarındakı mənbələrə istinadən yazır.
"Bu format sabahkı Alyaska görüşünün [Tramp və Putin arasında - red.] necə keçəcəyindən asılı olacaq. Müttəfiqlər görüş yerinin Avropada olması fikrində həmrəydirlər" - mənbə əlavə edib.
Agentliyin həmsöhbəti vurğulayıblar ki, əgər Alyaskadakı danışıqlar uğurla keçərsə, Aİ və ABŞ şənbə günü üç liderin görüşünün keçirilməsi məsələsi ilə bağlı müşavirə keçirəcəklər.
Daha əvvəl Zelenski görüşün Romada keçirilməsini təklif etmişdi. Lakin bir sıra Avropa dövlətləri danışıqların neytral məkanda, məsələn, Cenevrə keçirilməsinə çağırır.
Türkiyə də iki dəfə üçtərəfli danışıqlara ev sahibliyi etmək təşəbbüsü ilə çıxış edib.
Xatırladaq ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşü avqustun 15-də Alyaskada Elmendorf-Riçardson hərbi bazasında keçiriləcək.
Oxşar xəbərlər
KİV: ABŞ, Rusiya və Ukrayna sammiti Avropa və ya Yaxın Şərqdə baş tuta bilər
Zelenski: ABŞ və Avropa bizi yalnız qoymasa, Putinlə istənilən formatda danışıqlara hazıram
ABŞ, Avropa və Ukrayna Putinlə danışıqlarda ümumi mövqe sərgiləməyi planlaşdırır
Tramp Putinlə görüşünün tarixini və yerini açıqlayıb
Tramp Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək görüşün vacibliyini vurğulayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













