Almaniya səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
27 
may
2026
12:30
ff aaaaaaa

Almaniya səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib

27 may, 2026
12:30
787

Almaniya səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib

Almaniyanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann videomüraciət edib.

Səfir qeyd edib ki, Qurban bayramı düşüncə, birlik və qarşılıqlı qayğının ön plana çıxdığı xüsusi bir zamandır:

"Bakıdakı Almaniya səfirliyinin bütün əməkdaşları adından sizi Qurban bayramı münasibətilə təbrik edirəm. Bu bayram bizə şəfqətin, xeyirxahlığın və paylaşmağın nə qədər vacib olduğunu xatırladır. Müharibə, zorakılığın hökm sürdüyü bu mürəkkəb dövrdə məhz bu dəyərlərə sadiq qalmaq, insanlar arasında körpülər qurmaq və bir-birimizə qarşı anlayış və mərhəməti qorumaq hər zamankından daha böyük əhəmiyyət daşıyır. Sizə və ailələrinizə sevinc, sağlamlıq və əmin-amanlıq dolu bir Qurban bayramı arzulayıram. Qurban bayramınız mübarək".

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul