Tramp Zelenski ilə görüşdə ərazilərin mübadiləsi məsələsini müzakirə etmək niyyətindədir
sizinxeber.az xəbər saytı

Tramp Zelenski ilə görüşdə ərazilərin mübadiləsi məsələsini müzakirə etmək niyyətindədir


ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə görüşdə Rusiya və Ukrayna arasında ərazilərin mübadiləsi məsələsini müzakirə etmək niyyətindədir.

“Report” xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff deyib.

"Əsas məsələ Ukrayna münaqişəsinin həlli üçün ərazilərin mübadiləsi məsələsidir. Biz bunu bazar ertəsi müzakirə etmək niyyətindəyik. Ümid edirik ki, bu məsələdə müəyyən aydınlığa nail olacağıq və ümid edirik ki, bunların hamısı tezliklə sülh sazişi ilə başa çatacaq", - o, CNN telekanalının efirində bildirib.

Uitkoff ümid etdiyini bildirib ki, Vaşinqton Ukrayna münaqişəsinin həlli üçün Rusiya, ABŞ və Ukraynanın üçtərəfli görüşünü təşkil edə biləcək:

“Düşünürəm ki, bizim üçtərəfli görüşümüz olacaq. Ümid edirəm ki, bazar ertəsi Volodimir Zelenski ilə məhsuldar görüşümüz olacaq və orada razılığa gələcəyik. O zaman biz Rusiya ilə təmaslara qayıda, sülh sazişi üzrə irəliləyə və onu bağlaya biləcəyik”.

Bununla belə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Rusiya prezidenti Vladimir Putinin artıq belə bir görüşə razılıq verib-verməməsi sualına birbaşa cavab verməyib.

Oxşar xəbərlər

ABŞ Zelenski ilə görüşdə ərazilər məsələsini müzakirə etməyi planlaşdırır
Zelenski: Alyaskada danışıqların əsas nöqtəsinin atəşkəs olacağına ümid edirik
ABŞ İrandakı vəziyyətin Ukrayna münaqişəsinin həllinə töhfə verəcəyinə ümid edir
Tramp: Ümid edirəm ki, Rusiya və Ukrayna bu həftə razılığa gələcəklər
Tramp: Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı tərəqqi var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle