Ukrayna Rusiyaya gələn həftə danışıqların yeni mərhələsini keçirməyi təklif edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
19 
iy
2025
22:00

Ukrayna Rusiyaya gələn həftə danışıqların yeni mərhələsini keçirməyi təklif edib

19 iy, 2025
22:00
764

Ukrayna Rusiyaya gələn həftə danışıqların yeni mərhələsini keçirməyi təklif edib

Ukrayna nümayəndə heyəti Rusiya tərəfinə gələn həftə danışıqların yeni mərhələsini keçirməyi təklif edib.

"Report" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, müvafiq təklifi İstanbulda danışıqlarda Kiyev nümayəndə heyətinin rəhbəri, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov açıqlayıb:

“Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Umerov Rusiya tərəfinə növbəti görüşün gələn həftə keçirilməsini təklif etdiyini bildirib. Danışıqların dinamikasını artırmaq lazımdır. Biz atəşkəsə nail olmaq üçün hər şeyi etməliyik. Rusiya tərəfi isə qərarlardan gizlənməyi dayandırmalıdır”.

Bundan əlavə, Zelenski əsir və girovların mübadiləsi məsələsinə də toxunub: “Rusiya tərəfi ilə mübadilələrlə bağlı söhbət davam edir. Biz İstanbuldakı son görüşün razılaşmalarını yerinə yetirməyə davam edirik. Komanda hazırda başqa bir mübadilə üzərində işləyir”.

Zelenski Rusiya ilə ən yüksək səviyyədə danışıqlara hazır olduğunu bir daha təsdiqləyib: “Əsrilərin mübadiləsi, uşaqların qaytarılması və qətllərin dayandırılması lazımdır. Liderlər səviyyəsində görüş həqiqətən uzunmüddətli sülhü təmin etmək üçün lazımdır. Ukrayna belə görüşə hazırdır”.

Bizimlə əlaqə saxlayın