Aİ və Böyük Britaniya Trampın Ukrayna ilə bağlı təşəbbüsünü dəstəkləyib
sizinxeber.az xəbər saytı

Aİ və Böyük Britaniya Trampın Ukrayna ilə bağlı təşəbbüsünü dəstəkləyib


Avropa İttifaqı (Aİ) ölkələri və Böyük Britaniya ABŞ Prezidenti Donald Trampın Ukraynada müharibəyə son qoyulması, eləcə də ədalətli və uzunmüddətli sülhün əldə edilməsi səylərinə dəstək verdiklərini bəyan ediblər.

“Report”un Avropa bürosunun məlumatına görə, onların birgə bəyanatında vurğulanır ki, "növbəti addım Trampın yaxın vaxtlarda görüşəcəyi Prezident Zelenskinin iştirakı ilə yeni danışıqlar olmalıdır".

Sənədi Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta, Fransa Prezidenti Emmanuel Makron, Finlandiya Prezidenti Aleksandr Stubb, İtaliyanın Baş naziri Corca Meloni, Polşanın Baş naziri Donald Tusk, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Almaniya kansleri Fridrix Merts imzalayıblar.

Onlar Ukrayna, ABŞ və Avropanın iştirakı ilə üçtərəfli sammit keçirməyə hazır olduqlarını vurğulayıblar. Bununla yanaşı, Kiyev öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün güclü təhlükəsizlik zəmanətləri almalıdır.

"Biz Prezident Trampın ABŞ-nin belə zəmanətlər verməyə hazır olması ilə bağlı bəyanatını alqışlayırıq. "Arzuedənlər koalisiyası" da fəal rol oynamağa hazırdır. Ukrayna silahlı qüvvələrinə və ya onların üçüncü ölkələrlə əməkdaşlığına heç bir məhdudiyyət qoyulmamalıdır. Ukraynanın Avropa İttifaqına və NATO-ya gedən yoluna Rusiyanın veto qoymaq hüququ ola bilməz", - mətndə qeyd olunur.

Bəyanatda o da vurğulanır ki, öz ərazisi ilə bağlı qərarları yalnız Ukrayna qəbul edə bilər və beynəlxalq sərhədlər güc yolu ilə dəyişdirilə bilməz. Ədalətli və davamlı sülhə nail olana qədər Ukraynaya dəstəyin davam etdirilməsinə və Rusiyaya qarşı sanksiyaların və digər iqtisadi tədbirlərin gücləndirilməsinə hazırlıq bir daha ifadə edilib.

Oxşar xəbərlər

Aİ liderləri və Böyük Britaniya Trampın Ukrayna ilə bağlı təşəbbüsünü dəstəkləyib
Makron, Merts, Starmer və Tusk Kiyevə gediblər
KİV: Starmer Tramp, Makron, Merts və Meloni ilə Ukraynanı müzakirə edib
İtaliya, Böyük Britaniya, Almaniya və Fransa liderləri Trampla Ukrayna məsələsini müzakirə ediblər
Politico: Tramp Avropanın Ukrayna ilə bağlı planını dəstəkləyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle