KİV: Starmer Tramp, Makron, Merts və Meloni ilə Ukraynanı müzakirə edib
Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts və İtaliyanın Baş naziri Corcia Meloni ilə telefon danışığı aparıb, tərəflər Ukraynadakı münaqişəni müzakirə ediblər.
“Report” xəbər verir ki, bu barədə “Reuters” Dauninq-strit 10 ünvanındakı Dəftərxananın nümayəndəsinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Trampın mayın 19-da Rusiya Prezidenti Vladimir Putinlə söhbəti ərəfəsində Qərb liderləri şərtsiz atəşkəsin zəruriliyini müzakirə ediblər və Moskvanı sülh danışıqlarına ciddi yanaşmağa çağırıblar.
Bundan əlavə, onlar Rusiya rəhbərliyinin atəşkəs və sülhlə bağlı ciddi danışıqlardan imtina edəcəyi təqdirdə Moskvaya qarşı yeni sanksiyalar tətbiqinə hazır olduqlarını bildiriblər.
Oxşar xəbərlər
KİV: Starmer Tramp, Makron, Merz və Meloni ilə Ukraynanı müzakirə edib
Makron, Merts, Starmer və Tusk Kiyevə gediblər
Merts Rusiya – Ukrayna münaqişəsinin başa çatması ehtimalından danışıb
Politico: Tramp Avropanın Ukrayna ilə bağlı planını dəstəkləyir
Zelenski və dörd Avropa lideri Trampla İstanbul danışıqlarını müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
