Politico: Tramp Avropanın Ukrayna ilə bağlı planını dəstəkləyir
ABŞ prezidenti Donald Tramp Ukraynada hərbi əməliyyatlara son qoymaq istəyən koalisiya planını dəstəkləyib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən yazıb.
Mayın 10-da Ukrayna prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Polşanın Baş naziri Donald Tuskun Kiyevdə keçirilən görüşündə münaqişənin həlli ilə bağlı təkliflər müzakirə edilib.
Qeyd olunub ki, üç saat davam edən danışıqlarda Emmanuel Makron Donald Trampa zəng edərək görüşün gedişatı ilə bağlı məlumatlandırmaq qərarına gəlib. ABŞ prezidenti Vaşinqtonda hələ səhər saat 7 olmasına baxmayaraq, zəngə cavab verib və Avropanın təkliflərini dəstəkləməyə razılaşıb.
Kiyevdəki danışıqlardan sonra Ukrayna hakimiyyəti mayın 12-dən başlayaraq ən azı 30 gün atəşkəsə hazır olduqlarını bəyan edib.Avropa ölkələri və ABŞ xəbərdarlıq edib ki, Moskva atəşkəsi pozarsa, Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcəklər.
Oxşar xəbərlər
Ukrayna 30 günlük atəşkəsə hazır olduğunu bəyan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avropadan olan koalisiya üzvləri Rusiyadan 30 günlük atəşi dayandırmağı tələb ediblər - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Makron, Merts, Starmer və Tusk Kiyevə gediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Merts Rusiya – Ukrayna münaqişəsinin başa çatması ehtimalından danışıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zelenski və Makron Ukrayna ətrafındakı vəziyyəti müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













