İtaliya, Böyük Britaniya, Almaniya və Fransa liderləri Trampla Ukrayna məsələsini müzakirə ediblər
sizinxeber.az xəbər saytı

İtaliya, Böyük Britaniya, Almaniya və Fransa liderləri Trampla Ukrayna məsələsini müzakirə ediblər


İtaliya və Böyük Britaniyanın Baş nazirləri Ciorcia Meloni və Kir Starmer, Almaniya kansleri Fridrix Merts və Fransa prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampla telefon vasitəsilə məsləhətləşmələr aparıblar.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İtaliyanın Kici hökumət sarayı məlumat yayıb.

Məsləhətləşmələr ABŞ və Rusiya liderləri arasında bu gün gözlənilən danışıqlar ərəfəsində baş tutub.

"Baş nazir İtaliyanın, eləcə də Avropa və Qərb tərəfdaşlarının Prezident Trampın Ukraynada ədalətli və davamlı sülhə nail olmaq səylərinə dəstəyini təsdiqləyib, dərhal və qeyd-şərtsiz atəşkəsin vacibliyini vurğulayıb. Yekunda baş nazir Ukraynanın yenidən dialoqa hazırlıq nümayiş etdirdiyinə görə minnətdarlığını bildirib və Moskvanın sülhə gətirib çıxaracaq danışıqlarda liderlərin birbaşa təmaslarında ciddi şəkildə iştirak edəcəyinə ümidvar olduğunu bir daha ifadə edib", - məlumatda bildirilib.

Qeyd edək ki, mayın 17-də Tramp bazar ertəsi Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırdığını açıqlayıb.

Oxşar xəbərlər

KİV: Starmer Tramp, Makron, Merts və Meloni ilə Ukraynanı müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zelenski və dörd Avropa lideri Trampla İstanbul danışıqlarını müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Meloni və Zelenski Trampın Ukrayna ilə bağlı sülh səylərini dəstəkləyiblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Makron, Merts, Starmer və Tusk Kiyevə gediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avropadan olan koalisiya üzvləri Rusiyadan 30 günlük atəşi dayandırmağı tələb ediblər - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər