"Masdar" Azərbaycanı investisiyaların cəlb edilməsi üçün unikal istiqamət adlandırıb
sizinxeber.az xəbər saytı

"Masdar" Azərbaycanı investisiyaların cəlb edilməsi üçün unikal istiqamət adlandırıb


Azərbaycan kapital qoyuluşu üçün unikal istiqamətdir.

"Report" xəbər verir ki, bu barədə "Masdar" şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Murad Sadıxov Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantıları çərçivəsində təşkil olunmuş ölkənin investisiya perspektivlərinə dair forumda çıxışı zamanı bildirib.

"Azərbaycan uzun müddətdir ki, yüksək sabitlik səviyyəsi nümayiş etdirir. Təbii olaraq, manat dayanıqlı mövqeyini qoruyub saxlayır. Hökumət təkcə yatırılan sərmayələrin qorunmasına deyil, həm də dividendlərin və əldə edilən mənfəətin repatriasiyası imkanına zəmanət verərək, bütün investorlar üçün olduqca şəffaf və aydın şəraiti təmin edir. Bütün bunlar Azərbaycanı investisiya qoyuluşu üçün unikal və mükəmməl bir istiqamətə çevirir. Bu, tamamilə aydındır: bir neçə il əvvəl BƏƏ hökuməti Azərbaycanı 2050-ci ilə qədər olan dövr üçün 50 əsas investisiya istiqaməti siyahısına daxil edib. Beləliklə, söhbət müəyyən institusional və tənzimləyici dəyişikliklərin məcmusundan gedir.

Şübhəsiz, burada çoxsaylı amillər mövcuddur, lakin istisnasız olaraq hər şey hökumətin öhdəliyindən başlayır. Biz Azərbaycanda məhz bunu müşahidə edirik", - M.Sadıxov vurğulayıb.

Oxşar xəbərlər

"Masdar": Azərbaycan "yaşıl enerji" qovşağına çevrilməyə başlayır
“Masdar”: Azərbaycan "yaşıl enerji" sahəsində özünün investisiya cəlbediciliyini sübut edib
"Masdar": Azərbaycan enerji keçidində əsas tərəfdaşımızdır
“Masdar”: “Azərbaycan "yaşıl enerji” investorları üçün cəlbedici bazara çevrilir”
Azərbaycan beynəlxalq investorları "yaşıl enerji" sahəsində tərəfdaşlığa dəvət edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər