Zelenski: Ümidvaram ki, bu gün biz müharibəyə son qoymağa daha da yaxınlaşmışıq
sizinxeber.az xəbər saytı

Zelenski: Ümidvaram ki, bu gün biz müharibəyə son qoymağa daha da yaxınlaşmışıq


Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya Kansleri Fridrix Mertsə Avropa və ABŞ arasında söhbəti təşkil etdiyi üçün təşəkkürünü bildirib.

"Sizinxeber.az"un məlumatına görə, Ukrayna lideri bu barədə Avropa liderləri və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə bu gün keçirilən onlayn konfransın nəticələrinə dair öz "Telegram" kanalında yazıb.

"Almaniya Kansleri Fridrix Mertsə bu gün xüsusi formatımızı - Avropa və Birləşmiş Ştatlar arasında söhbəti qəbul etdiyi üçün minnətdaram. Həqiqi sülhə doğru hərəkətdə koordinasiya olunmuş mövqelərə malik olmaq və bir-birimizə kömək etmək həmişə vacibdir. Biz hamımız Avropada avropalıların ləyaqətini və təhlükəsizliyini təmin edə biləcək əsas prinsipləri eyni şəkildə qəbul edirik. ABŞ ilə konstruktiv əməkdaşlıq edirik. Birgə addımlar hazırlayırıq

Ümidvaram ki, bu gün biz müharibəyə son qoymağa və təminatlı dinc gələcəyi qurmağa daha da yaxınlaşmışıq", - deyə Zelenski vurğulayıb.

Oxşar xəbərlər

Merts: Biz artıq indidən Ukraynanın bərpası barədə düşünməliyik
Zelenski və Merts Ukrayna HHM-inin “Patriot”larla gücləndirilməsini müzakirə edib
Zelenski: Alyaskada danışıqların əsas nöqtəsinin atəşkəs olacağına ümid edirik
Zelenski: Trampla söhbətdə ərazi məsələləri müzakirə olunub
Ukrayna Prezidenti Almaniya kansleri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər