

Ukrayna Prezidenti Almaniya kansleri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya federal kansleri Fridrix Mertslə telefonla danışıb.
“Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, Zelenski bu barədə teleqram kanalında yazıb.
"Bu vəzifəyə seçilməyi münasibətilə bir daha təbrik etdim və uğurlar arzuladım. Biz Almaniyanın Ukraynanı dəstəkləməkdə, insanlarımızı indi qorumaqda və müharibə başa çatdıqdan sonra ölkəni yenidən qurmaqda əsas rol oynamağa davam edəcəyini gözləyirik", - o qeyd edib.
Tərəflər ikitərəfli tərəfdaşlığın potensialını müzakirə ediblər: "Ukrayna və Almaniya arasında tərəfdaşlıq üçün böyük potensial var və biz artıq bir çox mühüm şeylərin həyata keçirilməsi üzərində işləmək barədə razılığa gəlmişik. Əməkdaşlığın perspektivlərini müzakirə etdik. Cənab kansler Ukraynaya dəstəyin davam etdiriləcəyinə əmin etdi. Bunu eşitmək vacib idi. Sağ olun!", - Ukrayna lideri bildirib.
"Biz həmçinin diplomatiyanı necə daha mənalı etmək barədə danışdıq. Layiqli sülh üçün birlikdə işləyəcəyik. Biz yaxın gələcək üçün təmaslar cədvəlini planlaşdırırıq. Almaniyaya xalqımızın həyatının və beynəlxalq hüququn qorunmasında dəstəyinə görə təşəkkür edirik", - Zelenski əlavə edib.
Oxşar xəbərlər
Almaniya kansleri Frankfurtda Zelenski ilə görüşüb
Almaniya kansleri Ukrayna münaqişəsində danışıqların vaxtının çatdığını bildirib
Zelenski Şolts ilə birgə silah istehsalını müzakirə edib – YENİLƏNİB
Tramp və Almaniya Kansleri Ukrayna ilə Rusiya arasında sülh perspektivini müzakirə edib
Zelenski Avstraliyanın Baş nazirini Ukraynaya dəvət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
