Azərbaycanda 2030-cu ilə qədər müasir suvarma tətbiq olunan sahələr 300 min hektara çatdırıla bilər
2030-cu ilə qədər Azərbaycanda müasir suvarma tətbiq olunan sahələr 300 min hektara çatdırıla bilər.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bildirib.
Nazir əlavə edib ki, 2025-ci ildə bu göstərici 130 min hektar təşkil edib: "Əsas hədəfimiz isə tapşırığınıza uyğun olaraq bu göstəricini 2030-cu ilə qədər 300 min hektara çatdırmaqdır. Bu, əlbəttə ki, ölkədə məhsuldarlığın artımına, regionlarda fermerlərin rifah səviyyəsinin yüksəldilməsinə xidmət edəcək və bəzi məhsullarda da ixrac potensialını formalaşdıracaq. Eyni zamanda, Azərbaycanda ilk dəfə olaraq pilot konsolidasiya və təsərrüfatdaxili suvarma şəbəkəsinin, qapalı müasir suvarma şəbəkəsinin qurulması iki rayonda pilot layihə olaraq nəzərdə tutulmuşdur. Biz inanırıq ki, bu layihənin icrası əsasında həm torpaqdan və sudan daha səmərəli istifadəyə nail olunacaq, eyni zamanda, həmin bölgədə yaşayan və çalışan fermerlərin rifah səviyyəsinin yüksəldilməsinə gətirib çıxaracaq".
Onun sözlərinə görə, ilk növbədə, buğda istehsalı və pambıq istehsalı istiqamətində əsas hədəf məhsuldarlığın hər iki məhsul üzrə ölkədə ixtisaslaşmış rayonlarda hektardan 5 ton məhsuldarlığa nail olmaqdır: "Növbəti 5 il ərzində - 2030-cu ilə qədər əsas məqsəd hər iki sahədə məhsuldarlığı artırmaqla ümumi istehsalın yüksəldilməsi, pambıqçılıqda isə eyni zamanda emal dərinliyinin artırılmasına nail olmaqdır. Buna biz müxtəlif tədbirlərin həyata keçirilməsi ilə nail olacağıq. Burada həm müasir suvarmanın genişləndirilməsi, əlbəttə ki, əsas şərtlərdən biri olacaq. Amma, eyni zamanda, müəyyən texniki dəstəklərin verilməsi, torpaq işlərinin həyata keçirilməsi, toxumçuluğun, daha məhsuldar toxumların tətbiqi kimi fəaliyyətlər nəzərdə tutulub".
Oxşar xəbərlər
Nazir: "Qarabağda 14 min hektara yaxın kənd təsərrüfatı torpağı investorlara verilib" – EKSKLÜZİV
Azərbaycanda 2030-cu ilə qədər kənd təsərrüfatı üzrə istehsaldakı artım 2 %-dən yuxarı olacaq
ADSEA: Azərbaycanda regionlar üzrə su balansı əsasında əkin planlaması aparılacaq
Nazir: "Müasir suvarmanın genişləndirilməsi əsas istiqamətlərdən biri olmalıdır"
Azərbaycanda intensiv bağçılıq və istixana ilə bağlı əsas prioritetlər açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram
-
"TikTok" və "YouTube" Böyük Britaniyada uşaqlar üçün təhlükəli hesab olunub
-
Mahir Emreli: "Yayda karyeramın ən vacib qərarlarından birini verəcəyəm"
-
İran ABŞ-nin təklifinə cavab verdi
-
Bakı-Tbilisi qatarının sərnişinlərinin NƏZƏRİNƏ
-
Kuba dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
