Zelenski: Trampla söhbətdə ərazi məsələləri müzakirə olunub
ABŞ Prezidenti Donald Tramp və Avropa liderləri ilə onlayn danışıqlar zamanı Ukrayna əraziləri ilə bağlı məsələlər müzakirə edilib.
“Sizinxeber.az” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya Kansleri Fridrix Mertslə Trampın da iştirak etdiyi Avropa ölkələrinin dövlət və hökumət başçılarının Ukrayna üzrə videokonfransının yekunlarına dair birgə mətbuat konfransında deyib.
“Biz bu gün bu məsələləri müzakirə etdik. Təbii ki, bunlar çox mürəkkəb məsələlərdir”, - o bildirib.
Eyni zamanda, Zelenski bir daha qeyd edib ki, Ukrayna Konstitusiyası onun ərazi bütövlüyünün pozulmasına imkan vermir. “Nə qədər ki, dövlətin konstitusiyası dəyişməz qalıb, mənim başqa mövqeyim ola bilməz”, - o əlavə edib.
Almaniya kansleri Fridrix Merts isə Rusiya-Ukrayna münaqişəsinin həlli üçün sülh danışıqları ilə bağlı Avropanın mövqeyini açıqlayıb.
O, Kiyev və onun Aİ və NATO tərəfdaşları tərəfindən razılaşdırılan əsas prinsipləri açıqlayıb: “Sonrakı görüşlər olarsa, Ukrayna danışıqlar masasında olmalıdır; danışıqlar düzgün qaydada aparılmalıdır – atəşkəs ilkin mərhələdə olmalıdır; Ukrayna ərazi məsələləri üzrə danışıqlara hazırdır, lakin Rusiyanın işğal etdiyi ərazilərin hüquqi cəhətdən tanınması müzakirə belə edirmir; Ukrayna üçün uzunmüddətli təhlükəsizlik zəmanəti lazımdır”.
Oxşar xəbərlər
Zelenski: Alyaskada danışıqların əsas nöqtəsinin atəşkəs olacağına ümid edirik
Zelenski və dörd Avropa lideri Trampla İstanbul danışıqlarını müzakirə edib
Zelenski və Avropa liderləri Putinlə görüşündən əvvəl Trampla onlayn danışıqlar aparacaq
Merts: Biz artıq indidən Ukraynanın bərpası barədə düşünməliyik
Zelenski: Ukrayna və Almaniya silahların birgə istehsalı üzrə yeni razılaşmalara malikdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Prezident İlham Əliyevin doğum günüdür
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı












